Bir sürü it
Birinci Hissə
Beynimi tələsik eşəliyirdim, nəsə tapıb
deyim. Həqiqətən ona bircə cümlə demək istəyirdim, o qız bütün gözəlliyi ilə
sənin qəbirə gömülmüş meyitinə də dəyməz. Onsuz da hər şey təkrara dönmüşdü.
Nə inki gülümsəmək, hətta dalaşacaq
qədər də bir-birinizlə ilgilənmirdiz.
Diri olduğunu sübut etmək üçün
elektrokardiografın kağızına çizilən xətlər yetməz- demişdim, bir az həyatına
can qat, yəni həyatınıza.
Artıq keçdi. İndi oturub, bu öyüdlərlə
bir də zəhləsini töküb, qınaqla bezdirmək istəmirdim, onsuz da mənim sözlərimi
deyil, dərhal mənə verəcəyi cavabı düşünəcək.
Bir an nə qədər dəyərli birisi olduğunu
üzünə demək istədim, ancaq özünün bir pox olmadığına əmin olan birisi üçün belə
komplementlər təsəllidən başqa heç nə deyil.
Ayrılmazdan öncə, Şəbnəmin onu atıb
getməyəcək qədər sevdiyindən əmin idi. Atıb-gedəndən sonra düşünürdü ki, qız
onu heç əvvəldən sevməyibmiş.
Keçmişi haqda təxminən heç nə bilmirəm,
yəni Fərhad da bilmir. Bircə 2005-ci ildən 2007-dək Çexyada bir barda
işlədiyini deyib.
Sonra bildim ki, orada olduğunu
tamamilə uydurur, dünya xəritəsində Çexiyanın harada yerləşdiyini belə bilmir.
Çexyada olduğu haqda uydurduqları bir
tərəfə, məni daha çox təəccübləndirən budur ki, bir dəfə orada yaşadığı zaman
gördüyü bir yuxu haqda da mənə danışmışdı. İşə bax!
Ama, bir tür yalanlarını sevirdim. Yəni
yalanı düzgündən daha çox ürəkdən danışırdı. O yalan danışanda, hər beyniküt
adam hiss edərdi ki, qarşısındakı adam quru ağac da ola bilməyib ki, sınanda ən
azı şaqqıldasın. Onun yalanlarını sevirdim.
Dayanmadan söyürdü, özü də ucadan.
Onsuz da adi pıçıltısı belə yetər ki, onu seyredicilərə narahatçılıq törətdiyi
üçün sinemadan yaxalayıb, çölə atsınlar.
Bəzən belə olur, dayanmadan deyinir və
deyindikcə nə inki soyumur, bir az da qızışır. Dedim bəzən, yəni dəqiq desəm,
iki dəfə belə olduğunun şahidi olmuşam.
Az qala pəncərəni açıb bağırmaq
istəyirdim ki, bir nəfər gəlisin bunu tokdan çıxarsın. Sonra onun uca
səsinin səsimi batıracağını düşündüm.
Bir an qapı döyüldü.
Köynəyimi geyinib, düymələri bağlamadan,
əlimlə tutub, ehtiyatla qapını açdım.
Qonşuluqda yaşayan oğraş qoca kişi idi
yenə. Həqiqi bir oğraş. Bilmirəm, oğraş sözünü birinci dəfə kim dillərə salıb,
ancaq dilimizin zənginləşməsinə həqiqətən böyük töhfə verib, ən azı dünyada
əksəriyyət təşkil edən axmaqlara necə müraciət edəcəyimizi artıq bilirik.
Həftədə ən azı 5 dəfə qapımızı döyür.
Artıq nə istədiyini soruşmadan əzbər bilirik ki, nəyisə, çox güman ki,
gözlüyünü evdə itirib. Gözləri çox zəifdir, yəni çox deyəndə yarasadan da zəif
görür. Onun faciəsi yalnız zəif gözlərilə bitmir, həm də bərbad yaddaştı var.
Hər dəfə gözlüyünü çıxarıb, haraya qoyduğunu unudur.
Bir an, hərdəfəkindən fərqli olaraq, nə
inki yastlı-yastlı zəif səslə xahişini dilə gətirmədi, hətta, bir an şoka
düşmüb, əsəbi halda çəliyinin ucunu yerdən qaldırıb, hücum fiqurası tutdu.
Dodaqları titrəməyə başlayıb, dili
topuq vuraraq, hirsli-hirsli nəsə danışmağa çalışdı, ancaq alınmırdı.
Əlini atıb, istəkan dibi qədər qalın
şüşəli gözlüyünü bir-iki milimetr yer-bə-yer edib, sonra qapıya baxıb, bir
dəqiqədən çox köksündə həbsdə saxladığı havanı çölə üfurdu.
- Ay
dayı! Nəsə özünü narahat hiss edirsən?
- Yoo,
yo, UŞŞŞ qapını ŞŞ səhv Ş salmışam.
Qapını bağlayıb, geri qayıtdım. Bu da
yeni bir problem, hər dəfə qapısını bizimki ilə səhv salacaq, sonra evinə
soxulduğumuzu düşünəcək.
Hələ də Fərhad uca səslə donquldanırdı.
Bu qocalar! Buraxsan, ağzında qalan bir
neçə dişi ilə gənclərə hücum etməyə bir an tərəddüd etməz. Əslində qocaldıqca
həyata bağlılıq daha da çoxalır, ağac kimi bir şeydirlər, zaman keçdikcə
kökləri daha möhkəm yerdən yapışır.
Onu nə dayandırır?
Cavab vermək çətindir, eşitdiyimə görə,
yəni dəqiq desəm özü dediyinə görə, hər dəfə bir şey, bir hadisə, bəzən də heç
nə, birdən automatik dayanır və sankı heç nə olmayıbmış kimi, sakit olur.
Problem burasındadır ki, bunu özü hiss
etməyib, onu görənlər sonra özünə deyiblər.
Bir neçə dəfə həkimə müraciət etmişdik,
yəni psixoterapa. Birincisi, qətiyyən onun sözlərinə inanmayıb, onun
xəstəliyini bir tür paranotak şzofreniya sanırdı.
Gözəl bir qadın idi. Düşünürdü ki,
Fərhad beyninə gəldiyi xəyallara real hadisə kimi inanır.
Məndən soruşdu ki, öz gözümlə onun
düşdüyü halı görmüşəmmi?
- Yox,
bağışla, xeyr.
- Neçə
vaxtdır bir yerdəsiz?
- 4
il
- Bəs,
hərdən, hədyan-falan danışırmı? Yaxud, hərdən səndən, yaxud başqasından
şübhələnirmi?
- Yox,
hətta, bir sevgilisi var, birlikdə qalırıq.
- Elə
yox, yəni məsələn kimsənin ona qarşı sui-qəsd törətmək planlaşdırdığı kimi
xəyallar.
İstəriyidim deyim, əksinə, mən onun
birisini öldürəcəyindən şübhəliyəm. Sonra baxdım ki, zarafatın yeri yoxdur.
Dedim xeyr.
- Haradan
onun belə hala düşdüyünü bilirsən?
- Özü
deyib, yəni özünə də başqaları deyiblər.
- Kim?
Deyən adamlardan kimsəni tanıyırsanmı?
- Nə
bilim, tanıdığım adamların heç biri, hətta qohumları və qonşularımız öz gözləri
ilə görməyiblər.
- Evdə
səninlə, yoxsa dediyin o sevgilisi ilə rəis kimi davranırmı?...
Bir xeyli belə sullar soruşdu. Yəqin
hədsiz gözəl bir xanım olmasaydı, dərhal bezəcəkdim. Bir tür, bezdirici
suallarını gözəlliyinə bağışladım. Hətta, bəzən verdiyi süalları deyil, onun gözəlliyini
düşünürdüm. Arada, bir neçə dəfə yenidən süalını təkrar etməsini xahiş etməyə
məcbur oldum.
Hətta, mənim verdiyim cavabların
səmimiliyindən şübhələndiyini də gözəlliyinə bağışladım getdi.
Heç gözləmirdim. Üzümə dik dedi ki,
verdiyim cavablara inanmır.
Ancaq, çox güman ki, üzümə söysəydi də
bağışlayardım. Gözəl adamın pis-yaxşı, hər işi gözəl görünür.
İkinci, psixoterap isə ortayaşlı bir
kişi idi. Bir neçə dəfə dindirilmə iclasından sonra, onu hipnoz eləmək qərarına
gəldi, Fərhadda hipnoz alınmadı.
Nəhayət, sonuncu psixoterapın yanına
getdik, iki saat gözlədik. İşə gecikmişdi, biz də buraxıb, o gecəni Şəbnəmi də
götürüb diskatekaya getdik.
Dedim sənin klinikan elə məhz buradır,
gəl reseptinə pivə, çipz ilə siqaret yazım, candan düşənə qədər atılıb-düş.
Zarafatsız!
Çində Tay-Çi fəlsəfəsinə görə,
qarşısında müqavimət göstərmədiyin gücün təzyiqi hiss olunmur, yəni bir tür
həmən iş ki ağcaqanadlar yağışda görürlər. Uçduğu an yağış damcıları sürətlə
üstünə düşəndə, elə damcıya qoşulur, sonra yerə çatana qədər, özünü damcıdan
ayırır. Əgər dərhal özündən 50 dəfə ağır olan damcının qabağında müqavimət
göstərsəydi, yəqin qol-qanad qalmazdı.
Bax, beləcə özümüzü rəqsə tapşırdıq.
Şəbnəm də həqiqətən çevrədəki qızlara
baxanda, gözəllikdə hamısından bir boyun-baş yüksək idi. Eləcə də Fərhad.
Əslində Fərhadı başa düşə bilirəm, yəni zibil adamlardan fərqli olaraq, yenidən
birisini tapıb, Şəbnəm qədər sevəcəyi çətin işdir. Zibil adamlar heç. Adətən
ucuzlu malın müştərisi çox olur.
Bir an keçmiş sevgilim Çiçək yadıma
düşdü. İstərdim mənimlə diskatekaya getsin, siqaret çəksin, içki içsin, gecəni
səhərədək bulvarı, sahili, meşəni hərlənək, o isə gecə-gündüz düşünürdü
tezliklə burnuna əməliyyat etsin ki daha çox xoşuma gəlsin!.
Bizimki, dəqiq bu anlaşılmazlıqlara
görə heç zaman alınmadı, ancaq öyrəndim ki, kişi sevgili tapanda, hər şeydən
öncə bu qızın bir zaman boşalacaq yerini kim dolduracağını düşünməli! Həqiqi!
Bir az da tələbəlik məni bezdirmişdi.
Yaşayış çətin idi. Dərs oxumaq, işləyib pul qazanmaq, üstəlik, yatanda
dişlərini də fırçalamaq! Bu sonuncu daha çətin idi.
Gözlərimi çevirib, Fərhada kövrələrək
baxdım. Yarışda ölü at üstündə mərcə keçməzlər- demək istəyirdim.
Nəfəs dərmədən söyürdü, özü də
birnəfəsə söyürdü. Həqiqi, hər an boğulacağından qorxurdum.
- Onu
kəşf etdiyim an, başmağının cırığı öz cırığından da gen idi.Sonra qudurdu,
sonra. Qıçının arasındakı tüklər saçından da uzun. Burnunu demə.
Həmişə pofusları ilə ürəyimi
bulandırır. Ən azı de ki, rastlaşdığım, nə bilim, tanış olduğum zaman. "Kəşf
etdiyim zaman"! Yox bir, ixtira etdiyim zaman.
Ancaq "kəşf" sözü elə də
ilgisiz deyil, yəni həqiqətən bir tür o qızı kəşf etmişdi.
Çox qısa deyim, əslində hadisə də çox
qısa olub.
Avtobusa minən an gözü qarşısında
dayanan qıza sataşmışdı, dərhal əlindən tutub, avtobusdan endirib, düz evə
gətirmişdi. Hətta, bir kələmə danışmadan.
Evə yetişcəyin, əyilib, səni sevirəm-
demişdi. Yox, qətiyyən romantik birisi deyil. Həmin "səni sevdim"
sözü də onun birinci və sonuncu sevirəm sözü oldu.
Ancaq, sevgilərin heç biri, ilk baxış
ilə yaranan sevgi qədər güclü olmur. Ama, hər şeyə rəğmən, münasibəti qurmaq
başqa, onu qorumaq başqa.
Bu sözü tapança ilə, başına sıxmışdım
da, ama beyninə girmirdi.
Mənim öz hesab-kitabım var, deyir.
Bir dəfə də üzünə dedim ki, o nisyə
hesab-kitab dəftərini yığışdır, sevginin yalnız bir hesab-kitabı var: 1+1=1 və
2-1=0.
Çənə döyüb, kalori itirməyin xeyri
olmadı.
Mən məhz bu sözlərə fikirləşirdim,
dəqiq bilmədim necə oldu, bir an susdu və mənə yaxınlaşdı.
- Çay
tökümmü?
- Çayı boş ver, qızı nə üçün söydün?
- Haçan?
- Elə
indi, yox dayan. Demə ki, özündən xəbərin olmayıb! Sən onu söyürsən, ama ona
sevgini heç vaxt bildirmədin. Bir dəfə də olsun bir gül almadın qıza. Nə yaxşı
evlənmədiz, yoxsa birinci gülu haçansa onun qəbrnə alacaqdın. Heç ona da
inanmıram.
- Yaxşı
görək.
- Yox,
dayan, biz həmişə bizi vecinə alanları incitmək, bizi saymayanlardan inciməklə
ömrümüzü tükətmişik. Nəsilliklə belə gedirik, artıq genlərimizin ayrılmaz
hissəsidir.
- Dalğa,
yaxşı görək. Sən həmişə özünü mükəmməl adam kimi aparırsan, güya Nuh ömrü
yaşamısan.
- Əlbəttəki,
yaşamışam. Mənim 654 yaşım var, dedim. İnanmırsan vəsiqəmə bax.
Gedib pasportumu gətirdim, Doğum ili:
1359.
Bir az baxıb, sonra təəccüblə
dedi: maşallah yaxşı qalmısan.
- Buna
görə deyirəm ki, diqqətsizin təkisən. Bax gör neçə vaxtdır bir evdə yaşıyırıq,
bir dəfə mənim bu ölkə vətəndaşı olmadığımı hiss etməmisən.
Bir an dəli kimi bağırdı:
- Dalğa,
sən xalis iddiadan yonulmuş heykəlsən.
İstədim deyim ki, mənim heç bir iddiam
yoxdur, sonra gördüm, bu söz özlüyündə ən böyük iddiadır. Sözü dəyişdim.
- Televizoru
nöş söndürdün?
- Haçan,
televizor budur yanıqdır.
- Yox,
Şəbnəmin evdən getdiyi axşamı deyirəm. Zəhləsin tökdün. Orda nə var idi?
1946-ci ilin filmində səni qıcıqlandıran zibil nə idi?
- Kişi
ürəyimi bulandırdı, qusacaqdım. Dəqiq qusacaqdım, hələ sözə bax: "Xanım,
gözləriniz sizi narahat etmir?".
"Yox"
"Ancaq
məni öldürür."
- Bu
səni qıcıqlandırmadı, yəqin Şəbnəmlə bir-birimizə baxıb gülməyimizə qısqandın.
Ama sən, bir gün öncə, dəqiq bu döşəmənin üstündə, mənim gözümün qabağında
onunla yatdın, heç kim yoxmuş kimi, seks elədiz.
- Xoşlamırdın
otağına gedərdin, diyan, diyan. Sən haçandan əxlaq-mentalitetə bağlı birisi
olmusan? Yoxsa ona da 6 əsir qabaqdan bağlısan. Facebook-da yazdığın durur.
Zənnimcə ömründə ən çox like qazanan statusundur: "Adətən əxlaqdan
danışanlar, toplumun ən əxlaqsız təbəqələrindən olurlar".
- Bu
sözün mənim qabağımada seks eləməyinizə nə dəxli var?
- Deyilsə,
nə üçün sənə toxundu?
Əslində düz deyir, Şəbnəmin qoyub
getməsinin səbəbi nə seks teatrı, nə də şirin-şirin filmə baxdığı zaman, televizoru
söndürmək idi.
Əslində Fərhadın bir o qədər də günahı
yox, heç qızda da günah yoxdur. Bəzən hətta ən böyük faciələrin səbəbkarı
olmur. O faciələri, ən ağır faciə edən də budur. İnsan nəyinsə səbəbini
biləndə, daha rahat barışıb, qəbul edir.
Əlindən gələni qızdan əsirgəmədi.
Tutalım soyuqqandır, ancaq dünyada hər kəsə günahına görə cəza verilsə, çətin
ki edamdan can qurtaran birisi tapılsın.
Onlar həqiqi bir-birini dəli kimi
sevirdilər, ancaq həmişə bir-birini itirəcəklərindən də qorxurdular. Məncə,
məhz bu qorxu onları ayırdı.
Təcridxanada tanış olmuşduq. İkimizin
də ayağı bir tür əcayib zibilə keçmişdi.
Metronun qarşısında qırmızı başmaq,
eləcə də qırmızı yubka geyinmiş və üstəlik qırmızı sumka gəzdirən bir qadını
iki polis dayandırmış, ondan sumkasını boşaltmağı, vəsiqəsini təqdim etməyi
istəyirdilər.
Dərhal, boğazıma bir yel salıb, ancaq
tərbiyəli və sakit səslə polislərə yaxınlaşıb, iş vəsiqələrini göstərməyi xahiş
etdim.
Bir an, birisi qolumu tutub, yanına
çəkdi. Artıq söz danışa bilmədim. O birisi polis qadının çantasından ovuc boyda
kağıza bükülmüş marixuananı çölə dartdı.
Əməlli başlı zibilə düşdüm. Mən
qətiyyən qadını müdafiə etmək üçün polislərə yaxınlaşmadım, heç polislərə
vətəndaşlara qarşı ümumi yerlərdə etikalı davranmağa borclu olduqlarını
xatırlatmaq da istəmirdim. Hətta, özümü gözə soxmaq məqsədim də yoxidi, heç bir
motiv yox idi.
Həqiqi yox idi, sadəcə, birdən
yaxınlaşıb polisdən vəsiqəsini göstərməyi xahiş etdim. Hamısı bu, səbəbsiz, və
iki saniyə sonra bir ovuc marixuana ortaya çıxdı. Vəssəlam.
O andan təcridxananın qapısından
keçənədək nələr baş verdiyini dəqiq xatırlamıram, tamamilə təşviş içində idim.
Bir dəfə Fərhaddan soruşdum. Çox bərbad
gündə idim?
-
Elə də yox, bir az-maz. Ama özünü pis aparmırdın, əsil kişi kimi.
- Yetər
dedim, zarafat eləmə. Qalanını özüm xatırlayıram. Yoxsa sən! Sənin özün necə?
Bir küncə qısılmışdın. Zart-zırt, elə danışır sankı özü çox saymaz idi. Hə, sən
özün! Özünü çox möhkəm apardın, on vedrə su ilə təmizlənməyən pox kimi yerində
möhkəm dayanmışdın.
Doğrusu zay vəziyyət idi. Mobilimi
əlimdən almışdılar. Yəqin indiyədək bircə-bircə tanışlarımın hamısına zəng
edib, kim olduğumu, harada qaldığımı, nə işlə məşğul olduğumu soruşacaqdılar.
Şefimə zəng etsələr iş daha da zibil
olacaq, düşündüm. Yəqin işdən qovuacağam. Hələ, narkotik maddə bir tərəfə, ola
bilsin xuliqanlıqda ittiham olunum. Bundan daha çox qorxurdum. Yəni Jurnalist
olduğum üçün deyirəm. İşindən süi istifadə edib, cinayətkarı polisdən qurtarmaq
cəhdi!
Heç də gözlənilməz deyil. Mən bu
dünyanın zibil oyunlarına, onu yaradan Tanrıdan da yaxşı bələdəm. Bu sözü bütün
tanıdığım insanlara ən azı min dəfə demişəm və hər dəfəsində, Sinema Paradiso
kinosunda Alfredo-nun sözü yadıma düşüb: "Tanrının yerinə olsaydım,
alçaqkönüllüklə, dünyanı yaratmaq üçün bir neçə gün artıq vaxt sərf
edərdim". Təxmini belə şey.
Şefə zəng eləsələr işin bir az da
korlanacağını düşündüm. Dörd gün əvvəl otağına gedib 300 dollar pul istəmişdim.
Dərhal gülər üzlə siyritməni açıb: yerli pul ilə yoxsa dollar?, soruşdu.
- Dollar, xahiş edirəm.
- Nəsə
problem var?
- Yox,
yox qətiyyən. Bir tanış adam var, ona yardım edəcəyimə söz verdim. Xəstədir.
Xəstə! Sözə bax, nə xəstə? Fahişə.
Hardan bu ağlıma gəldi? Bəzən ağlım mənə surpriz edir.
Gecə saat 12-də metronun koridorunda
gəzişirdi. Yəqin çöl şaxta olduğndan içəridə idi. Nəsə yardım edə bilərəmmi?
-soruşdum.
Sırtıq bir milçəyi üzündən qovurmuş
kimi, başını çevirərək neçə dəfə əlini havada yelləndirdi. Özü də burnunu
turşudaraq başını çevirdi, nəsə də mızıldadı.
Koridorda heç kim yox idi. Bir an dedim
ucadan bağırım: qəhbə! Özü də Ərəb ləhcəsi ilə, H hərfini boğazımın dibindən
çıxarım.
Koridordakı mağazalar çoxdan
bağlamışdı, metro da bağlanırdı artıq. Sonuncu qatardan düşmüşdüm. Kimsə mənə
mane ola bilməzdi. Ən uzağı bağırandan sonra cəld ortadan çıxa bilərdim.Ancaq
döndüm.
İki addım atmamışdım ki özü yaxınlaşdı,
ancaq üzür istəmədi. Qətiyyən. Heç nə olmamış kimi söhbətə başladı.
Özü də birbaşa əsas mövzunun üzərinə
cumdu. Fahişələr belə işləri diplomatlardan da yaxşı bacarırlar, konkret
mövzunun üzərinə getmək. Uzandırmadan, çeynəmədən.
Ona 20 dollar verəcək birisi gəlməli
idi, gecişib- dedi.
Neçə dəfə görüşdən sonra- təbii ki hər
dəfə pul almağa bir bəhanə tapırdı.
O gün, onun üçün bir şahanə qonaqlıq
təşkil eləmək həvəsi beynimə vurmuşdu. Əcayib bir hiss idi, bütün vücudumla bu
həvəsə düşmüşdüm. Yox, qətiyyən gözəl deyildi, heç bir cazibəsi də yoxidi,
hətta seksi birisi də deyildi, əksinə bir az da zəhləmi tökürdü.
Şef burnunun ucunu barmağı ilə
ovuşdurub, eybi yox, dedi.
Sonra dərhal gözlərini gözümə dikib,
"ancaq bir az diqqətli ol. Sonra görürsən səndən alan pulu nəşəyə verib,
tutuldu"- dedi.
Bir an sankı sözünün mənə toxunduğunu
hiss edib, səsini yavaşladıb dedi ki, yox, demirəm belə olar, ancaq diqqətli
ol.
Təsadüfə bax, dəqiq bu məni qorxudur.
Yox, bu tutulan qadın, həmənki qadın deyil. Hətta mən heç zaman bilmədim
tutulan qadın necə oldu. Ancaq, fahişələrin hər şeyi fərqli olsa da, konkret
olmaqları eynidir. Konkret 50 dollar. Özü də dünyanın istənilən ölkəsində dollarla
hesablaşırlar. Sankı, gecə yatıb, səhər duranatək milli valyutaların dəyərdən
düşməsindən şübhələnirlər.
Yox, bu ümummilli sevgililər, heç
nəyə əminliklə yanaşmırlar. Ən soyuqqanları, ən arxayınları belə hürkəkdirlər.
Üstəlik, dəyərli vaxtlarını ilk
razılaşdığı vaxtdan bir saniyə də artıq sərf etmək istəmirlər.
Mən hələ adam görməmişəm hansısa bir
fahişə ilə yatdığından zövq ala bilsin, əksinə hətta bir saatdan sonra yatdığın
bədəni xatırlamaq da mümkun deyil.
Ancaq, həm də bir tür mələkdirlər.
Mənim həmişə onlara qarşı doğmalıq hissim olub.
Mobilin yaddaştında müştərilərinin
sayından çox, polis nömrələri olan ümummilli sevgililərimiz.
Sonra arxası göyə olan bir cüt yumulu
əl, özü də barmaqlarının ucunda zəfər bayrağı kimi dalğalanan göy
yüzlüklərlə birlikdə, masanın arxasından incəliklə göyə qalxdı. Qarşımda bir az
sağa-sola yellənərək, rəqsə qalxan iki əfi ilan kimi üstümə gəldi.
Super teatr, ləzzət elədi. Bir an
dilimi bacardıqca çolə çıxarıb, əfilərə tütək çalmaq istədim.
Dağınıq yağlı saçları ilə yekə qarnı,
tüklü qollarını görsən, heç inanmazsan ki bu insan ərəb rəqqasəsindən də incə
tərzdə biləyini tərpədib adama qarşı irəli gətirə bilər. Qətiyyən.
Alkaqol içkilər qəbul etməsə də, yeməyə
ehtiraslıdır. Heç inanmazsan o sallaq yağ dağı birdən yeməyi elə cəld didib,
uda. Ancaq bunların hamısı bir yana, ürəyi mədəsindən də artıq genişdir.
Yaşıl yüzlükləri alıb, köynəyimin
cibinə süzdürdüm.
Anlaşılan qonaqlıq məsələsi həlldir.
Axşam özü ilə bir gedə də salıb yanına
gəldi, əslində oğlanın maşınında gəldi. Tamamilə əsəblərimə soğan doğradı.
Yetişdiyi andan vıdı-vıdı danışdı, bir
əli mütəmadı saçını üzündən çəkib, başqa əli ilə alnına tökdüyü saçları tez-tez
aşağı tərəfə sığallayırdı. Özü də yəqin, hər an üstünə qusacağımı təxmin
etmişdi.
Oğlan maşında oturub, vecinə də
deyiləmmiş kimi, qızı gözləyirdi.
- Gözləyir
deyəsən?
- Hə,
Dalğa, qurban sənə, bağışla, barda baş manecerdir.
Baş mənecer! Zart, zırt, yox bir barda
prezidentidir. Istədim soruşum ki, mənecerin öz menyusunda nə var? Sonra dərhal
köynəyimin cibində nə olduğunun qoxusunu çəkdi.
Bu fahişələrin hamısı belədir. Pulu
dərinin içinə təpib, gizlətsən də, dərhal sezərlər. Özü də hamısı iddia edir
ki, pula görə deyil, sırf yaxşı oğlanlarla oturub-durmağı sevirlər.
Bu birincisi deyil. Bir dəfə kefli
vaxtımda bara getmişdim. Barda da bir xeyli pivə içdim. Hər dəfə ofisant qıza
əlimi qaldırıb, deyirdim bir "bira" ver, bira demək içməkdə də, hətta
böyük ayna qabağında çılpaq qıçları ilə rəqs edənlərə baxmaqdan da çox ləzzət
edirdi.
Tez-tez pivəni içib, bəzən də yarısını
zibilqabına boşaldıb, məhz "bir bira daha ver" deməyə tələsirdim.
Xeyli içdim və hər dəfə, bir bira- deyə
əlimi qaldırmaqdan xoşlanırdım.
Bilmirəm bu "bira" söünü
haradan beynimə düşmüşdü, dəxli yoxdur, ən əsası ləzzət edirdi.
Mənə haradan, necə qoşulduğunu
xatırlamıram. Yolda iki dəfə qusdum. Çantasından salfetka və mineral su
çıxarıb, üzümü silib, yudu.
Yolda da bir dəfə istədim dayanıb, əlimi
qaldırıb bardakı kimi "bir biraaaa" deyim, ancaq utandım. Hər şey bir
yana, qızın yanında iki dəfə qusmuşdum, bir tür özümü saxladım.
Qıza söz verdim, indi üstümdə pul
olmadığına görə, birinci fürsətdə bara yaxınlaşıb, bu gecənin dəyərini
ödəyəcəyəm.
Bəlkə, on dəfə bu sözü deməyə can
atdım, neçə dəfə kefli olduğum üçün sözümü yarısında unutdum, digər dəfələrdə
də, özü sözümü kəsdi ki ayıbdir. Deyirdi, yaxşı oğlanlarla gecələməyin dəyəri,
min dəfə o pullardan çoxdur.
Yalan deyirdim, yeni maaş almışdım və
pul cibimdə idi.
Evə yetişck birinci tualetə qaçıb,
zamoxu aşağı çəkib, şırıldatdım getdi, bəlkə 3 dəqiqə çəkdi qurtarsın. Oğlan,
elə rahatlaşdım, sankı bir milyon borcu ödədim!.
Məndən sonra o tualetə keçdi, qapını
kiplədi. Dərhal fürsətdən istifadə edib, corablarımı çıxarıb, pulları bir
corabın içinə dürtüb, digərini həmin coraba düyünləyib, aparıb hamamda kirli
paltarlarımın altına atdım.
Qız, mən geri qayıdandan 1-2 dəqiqə
sonra hələ tualetdən çıxmamışdı. Yataqda bir az çalışdıq, məndə qətiyyən heç nə
alınmadı. Çaldı da, bacardığı bütün sehirləri işlətdi, xeyri olmadı. Hətta,
neçə dəfə seksə cəhd elədik ki, sonrası yaxşı olar, ancaq ip ilə bilyard
oynamaq kimi bir şey alındı.
Sonrası yadıma gəlmir. Yatmışdım
anlaşılanı. Günorta yuxudan durdum. Başım çatlayırdı. Dondurucunu açdım,
bom-boş. Keçən əsirdən qalmış bir neçə qurumuş sosiska, bir qırmızı qabın
içində də nəsə var, bu evi kira götürəndən dondurucudadır, içində nə olduğu ilə
heç maraqlanmamışam.
Dünən gecəni tamamilə unutmuşdum.
Bir az otağı hərlənib, əl-üzümü yumaq
üçün hamama keçdim, dərhal hamamın ortasında yerə sərilmiş corablarımı gördüm,
açılı şəkildə yerə sərilmiş.
Bir an qız yadıma düşdü. Necə də dəqiq
pulu tapmışdı! Necə də konkret corabların başına getmişdi, çaşıb-qaldım. Evdə
hər şey olduğu kimi yerində idi, heç nəyi aramamışdı. Birbaşa corabların başına
getmişdi.
Yox, qətiyyən bara gedib, qızı
boğmadım. Sadəcə, unutdum.
Gedə hələ də maşında idi, yaxınlaşıb,
"Sayin baş mənecer, lütfən bu qızın yerinə özünüz mənə verə bilərmisiz?
Yoxsa burda nə atdırırsız cənab! Rədd olub gedə bilərmisiz lütfən sayın baş
mənecer?"- demək keçirdi içimdən.
Qızın vıdı-vıdısı beynimə düşmüşdü.
Sahildə 5 dəqiqədən sonra dalğaların səsinə öyrənib, artıq dalğa səsini
eşitməyən qulaq kimi, qızın sözlərini qətiyyən eşitmirdim. Bir an dilimi
çıxarıb, qusmaq istəyirdim. Dəqiq qusmaq istəyirdim, özü də saçlarına.
Əlimi salıb cibimə pulu çıxarıb verdim,
sonrası yadıma gəmir, bir də evdə özümü tapdım, özümə gəldim bir tür.
Dörd gün sonra, indi, hər üç qadın iki
gözümün qabağında parad keçirirdilər. Dörd gündən sonra, indi necə də
alicanablıqla polislərə yaxınlaşıb, vəsiqələrini göstərməyi xahiş etdim!
Qadınların arxasında, zəminə kimi
solğun görünən şefin dağınıq-yağlı saçları gözümün önünə gəldi və əfi kimi
barmağının ucunda yaşıl yüzlüklər tutan tüklü əlləri də mütəmadi sağa-sola
yellənirdi.
Sonra dağ boyda qarnı, nəhayət
medəsindən də geniş olan ürəyi. Həqiqi ürəyi geniş birisi idi.
Adı İvan, əslində İvanoviç. Atası
ikinci dünya müharibəsində itirdiyi silahdaşının adını ona qoymuş.
Atası haqda çox az bilirəm, ama özünün
zəngin olduğunu dəqiq bilirəm. Bir dəfə soruşdum ki bu mülklər atandanmı sənə
miras qalıb?
- Sizifin
oğlu olsaydım, atamdan qalan mirası, öz atamın mənə buraxdığından daha böyük
məmnuniyyətlə qəbul edərdim.
Sonra sözqonusu dəyişildi.
Əsəbləşmişdim, ancaq üzünə dura bilmirdim. Ona başa salmaq lazim idi ki,
klassik ədəbiyyat əski Yunan və Romada yaranan ədəbiyyatdır, Renosans zamanı
müəyyən sənətçilər Xristianlıqdan canını qurtarıb, yenidən klassikaya üz
çevirdilər, bu tip sənətçilərə klassik deyil, Neo-klassik deyirik.
Biri elə bu Mikelancelo Buonarroti-nin
yonduğu Davud heykəli. O çılpaq, gözəl və parlaq, üstəlik daşşağ sallanan gənc
oğlanın harası peyğəmbərə bənzəyir?
Yaxud həmin Şekspir. Yazdığı əsərlər
qıbrindəki başdaşdan da ağırdı. Bir dəfə Isaya tabe olduğu haqda danışmayıb.
Hətta, 17 ilk sonetləri tamamilə Platonun Simpozium əsərində kahin qadın
Diotimanın Sokrata dediyi sözlərdir. Həmən sözlər, həmən terminlər, həmən
bənzətmələr. Söhbət nədir? Xoşbəxt olmaq üçün, mütləq öz gəncliyini bir evladın
simasında yenidən yaratmalısan. Budur sevginin nəticəsi: Gözəlliyi
əbədiləşdirmək. Səncə evlənməklərinə qadağa qoyulan papaları lağa qoymayıbmı?
Hələ Qərb bir tərəfə. Şərqin Hafiz
Şirazisi:
Quranı Hafiz kimi 14 rəvayətə
oxusan belə, axırda "eşq" dadına çatacaq. Yəqin Quranda bir dəfə də
"eşq" sözünün çəkilmədiyinə sataşıb.
İndi bunu desən, Şərqdə bir sürü
qarı-qoca ağzında qalan bir neçə dişi ilə dərhal adamın üstünə cumar.
İvan bir o qədər də təəssübkeş deyil,
sadəcə ədəbiyyatla maraqlanır. Düşünür ki, özünə məxsus nəzəriyyəsi var,
məsələn düşünür ki, toplumda mədəniyyəti məhz ədəbiyyat yaratmalıdır. Yəqin bu
fikir çoxlarının beyninə gəlib, ancaq həqiqətən düşünür ki, bu idea ona
məxsusdur.
Məhz, bu ideasına görə, qəzetdə
ədəbiyyat səhifələri ilə yanaşı, topluma aid olan hər tür yazı gedir. Ədəbi
yöndən kriminal hadisələrə baxışdan tut, səhiyyə məsləhətləri və s.
Bir dəfə beyninə vurmuşdu. Həqiqətən əl
çəkmirdi ki, aşpazlıqla bağlı həftədə birdəfə çıxan səhifədə yemək pişirmə
metodlarının sözləri şeir kimi getsin.
Bilmirəm bu qorxunc fikir, hardan
beynində yuva eləmişdi.
Ancaq filosofların əsərləri ilə
xoşlanmırdı, onların fikirlərini nə inki lazimsiz, hələ ziyanlı hesab edirdi.
Yalnız Nitsçeni, onu da buna görə ki, Nitsçeni filosof deyil, şair kimi
tanıyırdı!
Dəqiq oxumamışdı, sadəcə müəyyən
aforizmlərini orda-burda görmüşdü, bir də bir neçə şerini oxumuşdu.
Köklüyü özünə də bir tür kompleksə
çevrilmişdi. Bir dəfə məni hiddətlə qınayırdı ki acqarına içki içirsən.
- Acqarınamı?
Mənim qidam sırf içkidən ibarət. İçki və siqaret. Anam məni süddən kəsəndən
sonra,
dərhal
südü içki, əmziyi siqaret dəyişdi, dedim.
Dərhal kefi dəyişdi.
Sonra bir az ciddi, bir az laqeyd
görkəmdə soruşdu ki, çox kökəm? Yəni bərbad kökəm?
Kok-arıq, dəxli yoxdur, əsas budur ki,
istənilən insanın bədəninin 70 faizi sudan ibarətdir. Hamıda bu nisbət eynidir.
Hələ sən yaxşısan, mən adamlar tanıyıram ki bədəninin 70 faizi su, digər 30
faizi havadan ibarətdir- dedim.
Bir xeyli güldük. Əmin idim ki, dəqiq
nə dediyimi başa düşmədi, o, hələ də mənim cavabıma deyil, özünün sualına
fikirləşirdi.
Bir
an susub soruşdu: Dalğa, heç varnanıb, evlənmək
arzun olubmu?
Dərhal bildim bu fikir ağlına haradan
gəlib. Keçən həftə Şekspirin 2-ci sonetini ona tərcümə etdim, hədsiz dərəcədə
həyəcanla oxumuşdu. Sonra dərhal dərginin üz qabığında çap olmasının
vacibliyini dedi. Xüsusilə də, sonetin ortasında və axırdakı iki misra xoşuna
gəlmişdi.
Şeirdə misraların sırasını dəyişib, bu
misraları əvvələ gətirmək istəyirdi. Bir an həqiqətən dəli olduğundan
şübhələndim. Ancaq özü başa düşdü ki, bu iş lazim gəlsəydi, Şekspir ondan da
zirəng imiş.
Sonra, özünün hələ də subay olduğuna
fikirləşdi. Buna görə əminəm ki, bir neçə dəqiqədən sonra dedi: Darvinin
fikrincə, canlılar diri qalmaq üçün digər canlılarla rəqabət aparıb, bütün
öyrəndikləri, yaxud əldə etdikləri müsbət cəhətləri öz nəsillərinə ötürüblər,
budur təkamül nəzəriyyəsi.
Bir az burnun ucunu barmaqlarının ucu
ilə ovuşdurub, dedi ki, insan tamamilə əksinədir. Sonra, dərhal, sankı
bağışlanmaz bir səhv buraxıbmış kimi, sözünə düzəliş elədi: İnsanlar çox
məqamlarda, öyrəndikəri, yaxud əldə etdikləri hoqqa-fırıldaqları nəsillərinə
ötürür. Bəlkə də insanın diri qalması üçün bu aspekt vacibdir- dedi.
Bir az fikiri qarışmışdı, zənnimcə
Şekspirin soneti fikirini tamamilə özünə məşğul etmişdi.
Dərhal dedim, bəli müəllim, buna görə,
insan yeganə heyvandır ki, dişisi erkəyindən daha gözəldir.
Hardan qalmışdıq? –dedi, sonra davam
elədi: Dalğa, varnanmaq, evlənmək istəmirsən?
Nə cavab verəcəyimi götür-qoy edirdim
ki, durub otaqdan çıxdı.
Belə sualları əsəblərimi cızır. And
içdim ki, geri dönüb, yenə də soruşsa varlı olmaqla bağlı anlayışımı ona deyim.
Varlı kimdir? Şalvarının iki ön cibinin şişi, ortasından daha qabarıq görünsün.
Sonra, təlaşlanıb evlənməklə bağlı
süalına yararlı cabvab axtardım, ancaq beynimə heç nə gəlmədi.
Doğurdan evlilik nədir? Nəsilartırma
xəstəliyimi? Gözəlliyi və gəncliyini evladlarla əbədiləşdirməkmi yoxsa?
Ancaq, adətən ən eybəcər, çirkin və
zəif insanlarda nəsilartırma həvəsi daha güclü olur.
Tutalım güclü evladlar yetirəsən və
onlar da təsadüfən güclü insanlarla ailə qursunlar, onların evladları da eləcə,
və belə davam etsin.
Haraya kimi? Bütün nüfuzlu, güclü
ailələr, hətta kralların nəsilləri bir zaman iflasa uğrayıb, bir sürü adı adama
çevriliblər.
Sülalə zəncir kimidir, möhkəmliyi ən
zəif halqası qədərdir. Məsələn 5-ci nəsildə, zəif insanlar sənin, evladlarının,
nəvələrinin, nəticələrinin və kötükçələrinin bütün zəhmətini zay edib, müflis
və zəif tayfalara çevrilə bilərlər. Yox, özün və evladların elə müflis yaşamaq
istəyirsizsə, adi adam kimi qalmaq qərarındasızsa, axırda sizin nəsildən bir
nəfər məcburən beyninə vuracaq ki, güclü nəsil yetirmə missyasını öz üzərinə
götürsün və yenə də bir neçə nəsilin zəhmətindən sonra, bir yerdə tayfa yenə
iflasa uğrayacaq və sənin bugünkü müflis statusuna qayıdacaq.
Ancaq məncə, dünya ən ideal halında
yenə də bir faciədir. Bu faciədən yalnız gineslər can qurtara bilir. Məhz
geniuslar. Hətta, talintların həyatı adi adamlardan daha da dözülməzdir. Onlar,
həyatı buruşdurub, mürəkkəbləşdirib, zəhərə döndərməkdən başqa əllərindən başqa
bir iş gəlmir.
Talınt birisi ən uzağı adi insanların
əlçatmaz arzularına yilələnə bilir. Bu zibil və adətən həyara zidd arzular!
Ancaq gines başqa şey! Kimsənin
görmədiyini ələ keçirir, tam özünə məxsus.
Hərdən bu talıntların gineslərlə bağlı
gülünc ideaları da olur. Birisi həmin "Gineslər rekordu kitabı"
fenomeni! Siyahidə, dünyanın ən qısaboy adamı, ən kök adamı və s. Bu mənfi cəhətlərə
görə necə birisini gineslər siyahisinə salmaq olar? Bunlar hansı gözəgəlməz,
sezilməyən şeyləri, nailiyyətləi və həqiqətləri əldə ediblər?
Bu talıntlar həqiqətən adi insanlardan
daha bədbəxt və yerli olaraq sevincsiz yaşamaq cəzasına layiqdirlər. Qurduğu
sistemə bax! Dünyada dominant sistem! Özlərinə məxsus Çeşitli-çeşitli
missiyaları olan insanlar yetişdirmək yerinə, bir sürü işgüzarlar və
professional işçilər tərbiyə etmək. Bir sürü it.
Dəmir başmaqla, polad iradə ilə həqiqət
axtarışına çıxmaq deyil, sırf sistemə verəcəyi töhfəni artırmaq!.
Əxlaq və mentalitet, rəng kimi xalqın
dərisinə yedizdirilib. Bu da əxlaqi sistemin nəticəsi:
- Tibb
və dərmanla bağlı peşəkar jurnal "The Lancet"in 2012-ci ildə yaydığı
statistikaya görə, son 20 ildə köklükdən ölənlərin sayı qida azlığından
ölənlərdən üç dəfə artıqdır.
-
Maliyyə Stabilliyi Şurasının həmən ilin noyabr ayında yaydığı məlumata görə,
2011-ci ildə kölgə bank sisteminin həcmi 67 trilyon dollara çatıb, bu rəqəm
təxminən bütün dünya ölkələrinin ÜDM-nə bərabərdir.
-
"Tax Judice Netwok"un iyun ayında yaydığı məlumata görə, dünyanın ən
zəngin adamları 2010-cu ildə vergilərdən yayınmaq məqsədilə 21 trilyon dollara
yaxın pulu ofşor hesablarda gizlədiblər....
Nə isə, lazimsiz, axmaq bir hərəkətə
görə təcridxanaya aparıldım.
Dəqiq demək olmur, bir saat, iki saat,
bəlkə çox, bəlkə də bir neçə qədiqə olardı ki təcridxanada idim. Belə hallarda
zaman başqa ölçü üzərində axın edir. bir an önümdə bardaş qurub, oturan oğlanı
gördüm.
Gözlərimi ondan nə çəkə bilirdim, nə də
başqa yerə baxa bilirdim, hansı tərəfə üzümü çevirsəm, gözlərimin qara topu
dığırlanıb, yenə düz onun qapısına tuşlanırdı. Gözlərimin əlində qalmışdım.
Beynimi qarşıda keçiriləcək istintaq
prosessinə yönəltdim. Bütün variantları, sualları bir dəfə sezməyə və verəcəyim
cavabları öncədən pişirməyə çalışırdım, ancaq qarşımdakı oğlan məni tamamilə
özünə məşğul etmişdi. Bilmirdim lənətə gəlmiş gözlərimlə nə edim,
bacarmırdım.
Bardaş qurub oturmuşdu və gözlərini
qarşısına zilləmişdi, hətta bir an hiss elədim ki, otağa gətirildiyimi heç
duymayıb.
Hərdən dodaqları ilə nəsə mızldayırdı,
ancaq çox arxayın görünürdü, baxmayaraq ki, bir az da çaşqın idi.
Müstəntiqi təsəvvürümə gətiridim. Yəqin
təhqiramız bir görkəmlə, qıçını qıçının üstünə aşırıb, mənim şəxsi həyatım
haqda suallarını yağdıracaqdı. Hətta məni lağa qoyacağı da istisna olunmurdu,
kim bilir, bəlkə də döyərdi. Ancaq məni narahat edən, sırf bir məsələ idi,
mobilimdəki nömrələrə zəng edib, təsadüfən şefimlə danışsalar, çox zay
olacağam.
Qarşımdakı oğlan qolustukunun düyününü
boşaldıb, yenə də gözlərini qarşısına zillədi. Yaraşıqlı, əyni-başı da
qaydasında idi, köynəyi ütülü, ayaqqabısı mazlı, kutkası da kənarında bükülü
durmuşdu. Bir an, gözlərini qaldırıb, sən üşümürsən?- soruşdu.
Gic oldum. Həmən anda, havanın necədə
soyuq olduğunu duydum. Əllərimə baxdım, yalnız titrəməsi ilə ölü əlindən
seçilirdi. Yəqin çox bərbad gündə idim. Başımla işarə edib, üşüdüyümü
bildirdim.
Durub, kutkasını gətirib, çiyinlərimə
saldı. Sonra qayıdıb, bardaş qurub, oturdu. Ancaq bu dəfə gözlərini göyə dikib,
əllərinin barmaqlarını iç-içə salıb, dayandı.
Kutkasından gözəl perfium qoxusu
gəlirdi. Durub üstümə gəldi, kutkası çiynimdə ikən, əlini cibinə salıb, nəna
dadlı saqqızından birini çıxarıb ağzına atdı, sonra birini də mənə verdi.
Qayıdıb yenə də oturdu. Gözlüyünü çıxardı, ancaq onsuz da yenə intellektual
birisinə bənzəyirdi.
Bu qədər arxayın hərəkətlərinə
şübhələnmişdim, hətta bir an fikirləşdim ki, polisdir. Mülki geyimdə
təcridxanada oturub, dilimdən söz çəksin. Hər şeyi buraxıb, tamamilə ağlımı
başıma toplamağa çalışdı.
Tələbəmisənmi? – soruşdu.
Başımla cavab verdim: yox. Sonra bir an
düşündüm ki 2 kiloqramlıq başımı tərpədincə, 100 qramlıq dilimlə cavab
versəydim daha yaxşı olardı.
- Tələbə
deyilsənsə, demək uğurun 50 faizini qazanmısan.
Bir az da artıq şübhələndim. Dini
qurumlar və fəhlələri çıxmaq şərtilə, yalnız polis və hərbi qüvvələrdə
intellekt və savada qarşı pis münasibət bəsləmək yayğındır.
Mütləq polisdir. Bir an ilk gördüyüm
yaraşıqlı adam ürəyimi bulandırdı. Dilimi cavab vermək üçün deyil, müharibə
elanı olaraq var gücümlə çolə çıxarmaq istəyirdim. Başqa heç bir müdafiə alətim
yox idi, ancaq yenə də dözdüm.
- Tələbənin
nə olduğunu bilirsənmi? 90 faizi məhz işdən qaçmaq üçün universitetə keçməyə
can atırlar. Qalanlarının da təxminən iş haqda anlaşıyları olmadığından, elə
belə universitetə daxil olurlar. Nə üçün deyirəm ki işdən anlayışları yoxdur?
Çünki, universitetdə bir dənə də işə yarayan söz öyrənmək olmaz. Onlar dərs
oxuyurlar ki, başqalarına dərs versinlər, başqa heç.
Bir ovuc kitabxana qurdu, laboratoriya
pişiyi. Qoca professorların öyrəndikləri elm özlərini çox xoşbəxt edibmiş kimi,
tələbələri də öyrənməyə vadar edirlər.
Bir an gözləyirdim, desin ki, ömürlük
qazancları bir dəfə marixuana alveri edəndən daha çoxmu?
Yox, o öz arqumentləri ilə sözünü davam
etdi, özü də bir az diqqət edəndə, mənə deyil, daha çox özünə danışırdı.
Sonra davam elədi, mən tibb tələbəsi
idim. Bir neçə semster o lənətə gəlmiş kurslarda ömrümü itirdim, nə inki
sağlamqlıqla bağlı heç nə öyrənmədim, hələ gözümdə bütün insanlar bir sürü
xəstə kimi görünməyə başladı. Bir an başını qaldırıb, yüksək səslə dedi: hətta
özüm!
Sonra yenə başını aşağı salıb, sankı
özünə xitabən davam elədi:
- Artıq
lənətə gəlmiş kurslarımı boş verib, estetika ixtisası üzrə kurslara qoşuldum.
Necə də dəhşətli nəzəriyyələri onların beyninə soxurlar?
O
şəbədəbaz professorlar! Mən birisinə tam məəttəl qalmışdım, necə bir saat
danışa-danışa, gözlüyü düşmədən düz burnunun ucunda dayanırdı. Estetika!
Estetika! Lənətə gəlmiş bu estetika. Yoxsa gülün gözəllini, dünyanın bütün
nəzəriyyələrini oxuyan birisi, başqalarından daha çox duyur?
Bir an hiss elədim ki, o deyil, mən
özümlə danışıram. Mənim universitetdə, medialarda və mədəni yerlərdə bu haqda
danışan birisini indiyədək görmədiyim halda, gəlib təxridxanada ona tuş
gəldiyim həqiqətən inanılmaz idi. Ancaq, təcridxana bu söhbətlərin yeridirmi?
Onun başqa dərdi yoxdumu heç? Yəni nə üçün tutulduğu haqda heç düşünmürmü?
Yoxsa, danışdığı həmin bu sözlər üçün tutulub? Mümkun deyil!
Polis qapını açıb, ikimizi də çölə
çağırdı. Sonra qapını buraxıb, üzünü çevirib getdi.
Ayağa qalxmaq istəyəndə, sağ ayağım
keyimişdi. Axsadığım bilinməsin deyə, təlaşlandım, alınmadı. Bir təhər özümü
zala çatdırdım. Oğlanın kutkasını çiynimdən salıb, bir xeyli oyan-buyan edib,
mədəni şəkildə büküb, qaytarım. Ancaq baxdım ki kutkanın üz-astarı qarışıb, bir
qolu da tərsinə çölə çıxıb, hələ yaxasını demə.
Nə yaxşı, oğlan yaxınlaşıb, özü
əlimdən aldı, yoxsa təlaş içində kutkanı cıra da bilərdim.
Ikimizi də bir otağa apardılar, gözləmə
otağına. Bunu sonra bildim, yəni özümü biabır edəndən sonra.
Polis,gözləmə otağından digər bir otağa
keçid olan qapını açaraq oğlanı içəri aparıb, yenidən özü geri qayıtdı. Mənə
oturacağı göstərdi. Oturdum.
Masasının üzərinə bir neçə dosya
qoymuşdu, içində bir qurpumluq çay qalan istəkan və qəndqabı olan masanın
arxasına keçdi. Elə bildim istintaq başlayır.
Özümü ələ almağa çalışdıqca eybəcər
hərəkətlər edirdim.
Hər an özümə nəzarəti artıq itirirdim.
Getdikcə burnumun uzandığını, yox, dəqiq desəm şişdiyini duyurdum.
Televizorda bir-iki sırtıq müğənni
gündəlik həyatları ilə bağlı bir-birinin sözünün ortasına atılaraq
danışırdılar.
Bu müğənnilər qədər tərbiyəsiz olan
ikinci tayfa tapa bilməzsən. Ancaq televizoun yanıq olması bir tür mənə həyati
ehtiyac kimi görünürdü, yəni hiss edirdim ki otaqda yeganə istilik mənbəi həmin
televizordur və söndürülsə, hər yeri şaxta donduracaq.
Döşəməyi görməyə burnum mane olurdu. Ah
səni lənətə gələsən! Bu görkəmim özünün 15 il zindanı var, heç bir cinayət
maddəsi ortada olmadan belə ən azı 10 il iş düşər. Həqiqi düşərdi. Cana
yığılmışdım. Bir an dilimi çıxarıb çölə, qarşımdakı laqeyd polisin ana-bacısını
bağıra-bağıra söymək içimdən keçdi.
Artıq heç nə önəmli deyildi. əngim də
yavaş-yavaş titrəməyə başlamışdı.
Televizorun istisini artıq hiss
etmirdim. Az qala məni ağlamaq basırdı.
Bir gün bu qədər aciz olacağım ağlıma
belə gəlməzdi.
Polisin qoyuqqnlığı daha da çox canıma
üşütmə saırdı.
Nə üçün istintaqı başlamır? Hiss
edirdim əriməyə başlayıram. Hər şeydən öncə burnum əriməyə başlamışdı. Burnumun
ucunun üst dodağıma dəydiyini duyurdum. Suvağa çevrilib, əriyib yerə sərilmədən
öncə, nəsə etməiydim. Ayağa qalxıb ana-bacını söymək istəyrdim, oğraş bir dəfə
də olsun gözünü qaldırıb, düşdüyüm hala baxmaq belə istəmirdi.
Silkələnə-silkələnə ayağa qalxdım, dilim damağıma yapışmışdı. Sağa tərəf
əyilən, sallaq başımı düzəldə bilmirdim. Silkələndim.
Iki nəfər qoltuğumdan tutub, içəri
keçirdilər. Bir qadın səsi dedi ki, oturdun buraya, qoy gözləmə otağında oturub
özünə gəlsin. Bir an gözlərimi hastaca açıb, otağa göz gəzdirdim, həmən lənətə
gəlmiş otaq idi. Qadın kiməsə dedi, arıtq özünə gəlir. Bəlkə də öz-özünə dedi.
Televizor sönmüşdü, polis də ana-bacısını əlimə vermədən, ortadan çıxmışdı.
Bir az sonra, neçə nəfər içəri keçdi.
Qarşımda mülki geyimdəki kişiyə polis
dedi ki, davam elə, olan şeydir.
- Bu
birinci dəfə deyil. Yəni qəsdən etməyib. Bir az da kitab-mitab başını xarab
elədi, hərdən əsəbləşir, deyinməyə başlayır və tamamilə çevrəsini unudur.
Dəlilər kimi başlayır deyinməyə. İndi təsadefən su sayğacına baxmaq üçün gələn
məmurun üzünə qapını açıb, nəsə deyib. Hətta deyərdim, bəlkə qapı səsini
eşitməyib, elə özü təsadefən çolə çıxmaq istəyirmiş ki, məmuru qapının
arxasında görüb.
Oğlan otaqdan çıxıb, sakitcə gəlib
yanımda oturdu. Kişi, onun ardınca otaqdan çıxan müstəntiqin ayağına qalxıb,
əllərini irəli apardı. Müstəntiq neçə saniyəlik ikimizə baxıb, qarşımızdakı
çəlik udmuş kimi şax dayanan polisə, burax getsinlər- dedi.
Qulağım eşitdiyi sözləri hələ həzm edə
bilmirdi. Birinci dəfədir ki, zibildən bu qədər rahat can qurtara bilmişdim.
Rahatmı can qurtardım?.
İndi fikirləşəndə, yəni evdə oturub,
oğlumun necə də laqeyd yadımda vurnuxub-hərlənib, oyuncaq maşınını yerdə
sürüdüyünü görəndə, əlbəttə ki düşünürəm heç də rahat qurtarmadım. Ancaq
müstəntiqin "burax getsinlət" sözündən bir saniyə qabaq bu hadisənin
necə bitəcəyini bilməmədiyim üçün, bu sonuca sevindim. Həyat həmişə belədir,
zibil içində canın çıxır, ancaq sonrası nə olacaq, yaxud ən əsası ölümdən sonra
nə baş verəcəyi düşünnəndə, istənilən nəticəyə qatlaşırsan. Hamletin bədəni öz
qııncına qın olmadısa, demək bir səbəb var idi. Həmişə o dram məni düşündürüb.
Əslində iki əsərin xarakterinə həmişə maraqla fikir vermişəm. Cəsarətli, ancaq
avam olan Don Kixot və cəsarətsiz ancaq intellektual olan Hamlet.
Oğlan qohumu ilə birlikdə çolə
çıxdılar, ancaq bir dəfə də olsun dönüb üzümə baxmadı. Ondan ayrıldıqda, özümü
dünyanın ən tənha insanı kimi hiss etdim, sankı sonuncu doğmam kimi ayrıldı. Bu
qədər qorxunc bir hiss keçirdim. Qalxıb sağollaşmağa halım qalmamışdı. Bəzən ən
yumşaq hadisələr yenə də kobuddurlar. Edam növünü nə qədər yumuşatsan o qədər
qorxunclaşar. Həqiqətən, iynə ilə birisini edam eləməin adını humanitar tədbir
qoymaq gülüncdür, gülünc yox, dəhşətdir.
Birisini iynə ilə ömürluk yuxlatmaq,
edamın vahiməsini nə inki azaltmır, hələ bir az da artırır.
Həyat ümumiyyətlə kobud mübarizədir,
axırda ən qorxunc vasitələrə yiyələnmişlər qalib gəlirlər.
Sənin şahmat səhifəsində oyunçuların
hərəkətinə diqqətlə fikirləşdiyin və variantları dəyərləndirdiyin an, bir an
başını qaldırıb, qarşındakı hərifin boks əlcəyi geyinməklə məşğul olduğunu
görmək qorxudur.
Hə, həyat qaydasız döyüşdür. Qadınları
demirəm, onar istər üzü üstə, istərsə arxası üstə yerə dəysələr, yenə də
baxırsan ki axlırda qalibdirlər.Həyat o qədər qaydasız oyundur ki, nəticə də
qaydasız elan olunur.
Bu oyunda yalnız hakimlərə uduzmaq
təhlükəsi yodur. Onların əli, udanın əli ilə birlikdə qalxır. Bu əclaf
hakimlər!
Ayağa qalxıb, şərrimi kəsə bilmirdim.
Oradan çıxıb getməyə məcbur edənim, tələsdirənim də yox idi.
Bir an qarşımda dayandığını gördüm, oğlan
qayıtmışdı. Az qala durub ayaqlarına düşmək istədim. Etmədim, yəni edə
bilmədim. Bütün canım keyimişdi.
Iyəmmiş kimi, əlimi tutub, qaldırdı.
Sankı damarlarıma yeni qan axdı. Ayaqlarım gündəkindən daha hızlı addımlayırdı.
Hərdən qolumu çəkib, tələsmə, deyirdi.
Özümü ona buraxmışdım, tamamilə. İçimdə
sonsuz bir arxayınlıq duyurdum.
Işıqtaforda maşın dayandı, dərhal bir
qız uşağı maşının camına cumub, əlindəki parçanı cama sürtüb, dərhal ovucunu
kənar camdan içəri soxdu. Zənnimcə parçası heç qarşı cama dəymədi.
Gözləyirdim, bir an sükkan arxasındakı
oğlan əlini cibimə salıb, qıza pul çıxarsın. Bir tür, bu oğlana könüllü satın
alındığımı hiss edirdim, yəni bütün ixtiyarım, ciblərim onun əlində idi. Belə
bir duyğu!
Əlini mənim cibimə salıb, pulumu
çıxarmadığı üçün, mənə hədsiz bir mərhəmət etdiyini düşündüm. Bu mərhəmət ilə
məni bir az da özünə borclu etdi.
Qızcığaz bir az da dayandı. Sakit
durmaqdan xeyir gəlmir, deyə, camını sildim- deyə, səsləndi.
Kaşlokum arxa cibimdə idi. Əlimi yan
cibimə salıb, gəzdirdrim. Bir beş dollarlıq var idi. Çıxarıb, qıza tərəf
uzaltdım. Yad pulu görüb, almağa tərəddüd elədi. Boynuna dəsmal salan bir kiçik
oğlan da qızın yanına gəlib, dayandı. Yad pulu görüb, bir-birinin üzünə
baxdılar.
Təcridxanada birlikdə oluğum oğlan, bir
an beş dollarlığı görüb, sukkanı buraxdı. Cibinə qoy, məndə xırda pul var-
deyə, əlini cibinə saldı.
Dərhal, tərəddüdlü oğlancığaz
əlimdən pulu dartıb, qızın köynəyini dartaraq uzaqlaşdı.
Bu uşaqlar! Bir an ara qarışsa, necə də
dəsmalı atıb, daşı götürüb, indi üfürə-üfürə silən camları qəzəblə paramparça
edərlər.
Yaşıl ışıq yandı, yola düşdük. Qız hələ
də bir bizə baxıb, bir də yanındakı oğlan cığazın əlini dartırdı. Yəqin beş
dolların böyük pul olduğunu düşünürdü. Uzaqlaşdıqca baxırdım ki, oğlancığazın
əlini cibindən çölə çıxarmağa çalışıb, nəsə deyir.
İkinci hissə...

No comments:
Post a Comment